Qeydiyyat

Körpə Gəzintidə / Baby's Day Out (1994)

FİLM

QR Kodu telefonunuzla skan edib, mobildə izləyə bilərsiniz
Vaxt: ~ 1 saat 39 dəqiqə


IMDb6.2
KİNOO8.0
SƏS VER:      
SƏS VER:
Açıqlama: Baby's day out, üç bacarıqsız oğru tərəfindən qaçırılan bir körpənin başına gələn maraqlı hadisələrdən bəhs edir. Körpə Bink iməkləyə bilsə də, hələ ki, iki ayağı üstə gəzməyi bacarmır. Zəngin ailənin nəzir-niyazla doğulan oğlunu valideynləri və dayəsi çox sevir. Ancaq bəzən izafi duyğular gözlənilməz fəsadlara yol açır. Belə ki, 3 dələduz külli miqdarda pul qoparmaq üçün hiyləgərlik yolu ilə körpəni qaçırır. Bu “əməliyyatın” bəsit olacağını düşünsələr də, heç də hər şey plana uyğun getmir. Onlar körpənin öz yaşına görə çox dərrakəli olduğunu ağıllarına belə gətirə bilməzdilər. Xeyr, Bink saxlanıldığı mənzildə onlara nə tələ qurub, nə də ki, telefonu qaldıraraq polisə zəng vurub. Sadəcə təkbaşına şəhər gəzintisinə çıxmaq qərarına gəlib. Bin sevdiyi şəkilli kitabında olan baş qəhrəmanı – “körpə Bu”nu təqlid edir, onun sərgüzəştlərini təkrarlamağa çalışır. Mübadilənin baş tutması üçün cinayətkarların evdən qaçan körpəni tapmaqdan başqa əlacı yoxdur. Kinoo.az xoş seyirlər diləyir...

Körpə Gəzintidə / Baby's Day Out (1994) onlayn izlə

FİKİR BİLDİR